AzTU-da akademik heyət üçün “Təhsildə keyfiyyət göstəriciləri” mövzusunda təlim keçirilib. “Erasmus+ KA2” proqramı üzrə “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsi çərçivəsində təşkil olunan təlim Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova tərəfindən aparılıb.
Əvvəlcə iştirakçılara layihə haqqında ümumi məlumat verilib və əldə olunan nəticələrdən bəhs olunub. Daha sonra təhsilin keyfiyyətinin təmin olunması ilə əlaqədar əsas göstəricilər, onların tədris prosesinə inteqrasiyası və qiymətləndirilməsi üsullarından danışılıb.
İnterkativ şəkildə davam edən təlimlərdə AzTU-nun müxtəlif kafedralarının akademik heyəti iştirak edib. Sonda praktiki tapşırıq üzərindən qrup işi təşkil edilərək iştirakçıların sualları cavablandırılıb.