XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

AzTU “Avrasiya Universitetlərinin Sammiti”-də öz stendi ilə təmsil olunur

2025-09-24
14
Xəbərlər

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçirilir.

Bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunan sammitdə dünyanın müxtəlif regionlarından nüfuzlu ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycan Texniki Universiteti (AzTU) də öz stendi ilə təmsil olunur. Sammitdə iştirak edən AzTU rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq əməkdaşlıq, transmilli tədqiqat imkanları və universitetlərarası tərəfdaşlıqların genişləndirilməsi istiqamətində görüşlər keçirir.

Qeyd edək ki, nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Tədqiqat və inkişaf departamentinin müdiri Bəxtiyar Bədəlov, Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova iştirak edir.