XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

AzTU-da ISO 21001:2018 standartı üzrə seminar keçirilib

2025-04-18
32
Xəbərlər

Azərbaycan Texniki Universitetində (AzTU) Keyfiyyət Assosiasiyası tərəfindən ISO 21001:2018 – Təhsil Təşkilatları üçün İdarəetmə Sistemi Standartı ilə bağlı maarifləndirici seminar keçirilib. Seminarda universitetin müxtəlif fakültə və struktur bölmələrinin əməkdaşları iştirak edib.

Seminarın əsas məqsədi ISO 21001:2018 standartının mahiyyəti, prinsipləri və tətbiq mexanizmləri barədə iştirakçıları ətraflı məlumatlandırmaq, eləcə də bu standartın ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin qurulmasında və təkmilləşdirilməsində rolunu vurğulamaq olub.

Tədbir zamanı Keyfiyyət Assosiasiyasının ekspertləri tərəfindən təqdimatlar nümayiş etdirilib, real təcrübə nümunələri əsasında standartın praktik əhəmiyyəti izah olunub. Seminar çərçivəsində AzTU-da ISO 21001:2018 standartının tətbiq imkanları ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Sonda AzTU-nun Keyfiyyət təminatı şöbəsi tərəfindən seminarın effektivliyini qiymətləndirmək məqsədilə iştirakçılar arasında rəy sorğusu keçirilib. Toplanan rəylər gələcəkdə keçiriləcək tədbirlərin keyfiyyətinin daha da artırılması istiqamətində əsas istinad mənbəyi kimi istifadə olunacaq.

Bu cür maarifləndirici tədbirlər universitetdə keyfiyyət mədəniyyətinin möhkəmləndirilməsinə, beynəlxalq standartların tətbiqinə və davamlı inkişafın təmininə mühüm töhfə verir.