Təkrar ali təhsil

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ 

2024/2025-ci tədris ilində ödənişli təkrar ali təhsil almaq üçün aşağıdakı ixtisaslarda əyani və qiyabi təhsil fomaları üzrə sənəd qəbulu elan edir: 

- 050401   Beynəlxalq ticarət və logistika *

- 50402   Biznesin idarə edilməsi *

- 050405   İqtisadiyyat *

- 050407   Marketinq *

- 050408   Menecment *

- 050410   Statistika*

- 050509   Kompüter elmləri

- 050601   Aerokosmik mühəndislik

- 050604   Cihaz mühəndisliyi

- 050606   Ekologiya mühəndisliyi *

- 050607   Elektirk və elektronika mühəndisliyi *

- 050608   Energetika mühəndisliyi *

- 050614   Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

- 50615   İnformasiya təhlükəsizliyi *

- 050616   İnformasiya texnologiyaları *

- 050618   Kimya mühəndisliyi

- 050620   Kompüter mühəndisliyi *

- 050621   Loqistika və nəqliyyat texnologiyaları mühəndisliyi *

- 050622   Maşın mühəndisliyi *

- 050623   Materiallar mühəndisliyi *

- 050624   Mədən mühəndisliyi

- 050627   Metallurgiya mühəndisliyi *

- 050628   Mexanika mühəndisliyi *

- 050629   Mexatronika və robototexnika mühəndisliyi

- 050630   Mühəndis fizikası

- 050632   Nəqliyyat mühəndisliyi *

- 050634   Proseslərin avtomatlaşdırılması mühəndisliyi *

- 050635   Qida mühəndisliyi

- 050636   Radiotexnika və telekommunikasiya mühəndisliyi *

- 050638   Sənaye mühəndisliyi

- 050806   Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) *

Qeyd: * işarəsi ilə qeyd edilmiş ixtisaslara həm əyani, həm də qiyabi qəbul vardır. 

Sənədlərin qəbulu (elektron qaydada):

● Təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada https://portal.edu.az/ vasitəsilə həyata keçirilir. 

Aşağıdakı sənədlərin scan variantının sistemə daxil edilməsi tələb olunur:

● Şəxsiyyət vəsiqəsinin scan variantı;

● Diplomun və onun  əlavəsinin scan variantı;

● Vətəndaşın hazırkı "Tələbə-məzun" statutusunun müəyyənləşdirilməsi üçün dövlət elektron məlumat sistemindən çıxarış (my.gov.az portalından istifadə edə bilərsiniz);

● İş yerinə dair arayış/əmək kitabçasının scan variantı. 

Əlaqə:

Təkrar ali təhsil məsələləri üzrə Qrup,

Ömürboyu Öyrənmə Məktəbi,

Azərbaycan Texniki Universiteti 

Mob./Whatsapp: (+99410) 228 36 67; 

E-poçt ünvanı: ikincitehsil@aztu.edu.az

İnternet səhifəsi: www.aztu.edu.az 

Ünvan:

Azərbaycan Texniki Universiteti (H.Cavid prospekti, 25), 1-ci tədris binası, 1-ci mərtəbə, otaq 127 

Qeyd:  

● 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

● Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron formada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil hüququnu qazanacaqlar.

● Təkrar ali təhsili almaq üçün əvvəlki ali təhsili fərqli və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir. 

● Təhsil ödənişlidir. Təhsil haqqı ayrı-ayrı ixtisaslara uyğun olaraq müəyyən edilmişdir (siyahı əlavə olunur).

● Təhsil Azərbaycan və rus dillərində aparılır.