Təşkilatın əsas fəaliyyəti

 

Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatı 2005-ci ildə yaradılıb. Tələbələrin özlərinin idarəetmə orqanı olan TGT-nin məqsədi tələbələrin asudə vaxtını səmərəli təşkil etmək, tələbələrin öz hüquqlarını qorumağa öyrətmək, tələbə şəbəkəsi ilə əhatəsini genişləndirmək, parlaq gələcək qurmaq üçün dəstək olmaqdır. Ən əsas məsələlərdən biri isə öz maraq istiqamətini hələ tapmayan tələbələrin istedadlarını aşkarlamaqdır.

AzTU-nun daxilində keçirilən tədbirlər, intellektual yarışmalar, debat turnirləri, sərgilər, idman yarışları, musiqi festivalları və s. kimi tədbirləri TGT-nın üzvləri və yeni üzv olan tələbələrin layihələri əsasında formalaşır. Maraq və ixtisas dairəsinə əsaslanan bu layihələri həyata keçirən layihənin müəllifidir. Tələbə ideyasını TGT Layihələr Departamentinə təqdim edir. Layihələr Departamenti ideyanı layihə kimi formalaşdırıb mövzuya uyğun olan departamentə ünvanlandırır. Departament rəhbəri layihəni sədr müavinlərinə ünvanlandırır. Bir neçə düzəlişlərdən sonra layihə TGT sədrinə ünvanlanır. Sədr tərəfindən təsdiqini tapan layihə start halını alır. Layihəni qəbul etmiş departament ideya müəllifi olan tələbəyə lazımi məlumat və informasiyanı çatdırır. Layihə müəllifi layihəsini həyata keçirmək üçün işçi qrupu yaradaraq öz fəaliyyətinə başlayır. Layihənin məkanı və zamanı müəyyənləşdirildikdən sonra layihə həyata keçirilir.

Universitetdən kənarda keçirilən tədbirlərdə tələbələrin iştirakını könüllü təşkil etmək üçün keçirilən tədbirin mövzusuna marağı olan tələbələr cəlb edilir. Bu vəzifəni fakültə sədrləri təşkil edir. Bundan əlavə, hər fakültənin qruplar üzrə nümayəndələri olur.

Bu sistem vasitəsi ilə AzTU TGT tələbələrin asudə vaxtının təşkilində və onların ixtisaslarının təkmilləşdirilməsində və maraqlarının artırılmasında tələbələri düzgün şəkildə məlumatlandırmış olur.