Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının tədris ustası Mübariz Kələşov vəfat edib.
Mübariz Kələşov 1980-1985-ci illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) təhsil alıb. O, 1996-cı ildən AzTU-da mühəndis-proqramçı, laboratoriya müdiri və tədris ustası vəzifələrində çalışıb.
AzTU-nun rəhbərliyi və kollektivi Mübariz Kələşovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!