News

Ana səhifə Xəbərlər Xəbər

Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş xüsusi dərslər təşkil olunub

2026-04-03
3
News

Humanitar fənlər kafedrasının əməkdaşları – t.e.n., dos. Akif Nağı, fil.ü.f.d. Aytən Qurbanova, baş müəllimlər  Sonaxanım İmamova, Zeynəb Məmmədzadə, müəllimlər Rəna Nəcəfova, İlahə Əsgərova, Ayşən Ramazanlı, Nərmin Xasayeva bakalavriat səviyyəsində və əcnəbi tələbələrin hazırlıq qruplarında Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş xüsusi dərslər təşkil ediblər.

Dərs zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş olunub. 

Müəllimlər Aprel döyüşlərinin tarixi haqqında məlumat verib. Qeyd olunub ki, Aprel döyüşlərində Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları - Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov və Elvin Mirzəyev şəhidlik zirvəsinə yüksəldilər.

Aprel döyüşləri Azərbaycanın işğalla heç vaxt barışmayacağını dünyaya göstərdi və 44 günlük müharibədə qazanılan Şanlı Qələbənin təməli oldu.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu başladığı əks-hücum əməliyyatını 44 gün ərzində möhtəşəm tarixi qələbə ilə başa vurdu.

Vətən müharibəsi, antiterror əməliyyatı da daxil olmaqla, postmüharibə dövründəki uğurlu döyüş əməliyyatları nəticəsində şəhidlərimizin qisası alındı, separatizmə son qoyuldu, ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının konstitusiya quruluşu tam bərpa olundu, ərazi bütövlüyümüz, suverenliyimiz təmin edildi, həmçinin azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi.