AzTU-nun Humanitar fənlər kafedrasının baş müəllimi Zarina Tağıyeva Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə iştirak edib.
Z.Tağyeva tədbirdə çıxış edərək soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, ümumiyyətlə insanlığın qəsdinə yönəldilmiş bəşər tarixinin ən dəhşətli faciələrindən olduğunu qeyd edib, xalqımızın bu faciəni unutmadığını və heç vaxt unutmayacağını diqqətə çatdırıb.