Beynəlxalq Muzeylər Günü və Müstəqillik Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil olunub.
Humanitar fənlər kafedrasının baş müəllimi Zarina Tağıyevanın rəhbərliyi ilə "Azərbaycan tarixi" fənni üzrə təşkil olunmuş ekskursiyanın əsas məqsədi tələbələrin istirahət vaxtının səmərəli təşkili, onların dünyagörüşünün artırılması, Azərbaycan tarixinin zəngin və çoxşaxəli irsi haqqında biliklərinin genişləndirilməsi, onlarda milli-mənəvi dəyərlərə qarşı sayğı və ehtiram hissinin aşılanması olub.
Tələbələrə muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid maddi və mənəvi mədəniyyət nümunələri ilə tanış olub, bu abidələrin toplanması, öyrənilməsi, nümayişi və təşviqi ilə məşğul olan elmi-tədqiqat və maarif müəssisəsinin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 2007-ci ildə 9 otaqdan ibarət xatirə muzeyi yaradılıb.