News

Ana səhifə Xəbərlər Xəbər

Ulu Öndərin anım gününə həsr olunan xüsusi dərslər təşkil olunub

2025-12-11
92
News

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Humanitar fənlər kafedrasının əməkdaşları - fil.ü.f.d., dos. Afaq Zeynalova, fil.ü.f.d., dos. Aynur Fərəcova, fil.ü.f.d., dos. Pərvin Abdullabəyova, baş müəllim Zarina Tağıyeva, müəllim Vüsalə Cəfər-zadə və müəllim Rəna Nəcəfova xüsusi dərslər təşkil ediblər.

Dərslər zamanı dahi liderin dövlətçilik ideologiyasının, milli inkişaf strategiyasının və Azərbaycan təhsil sisteminin inkişafındakı misilsiz xidmətlərindən bəhs olunub. Müəllimlər Heydər Əliyevin Azərbaycanın intellektual potensialının gücləndirilməsi istiqamətində gördüyü işləri tələbələrin diqqətinə çatdırıb.

Dərslərdə həmçinin Ulu Öndərin həyat və fəaliyyəti, siyasi irsi, dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlar və bu gün Heydər Əliyev siyasi kursunun ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi vurğulanıb.