News

Ana səhifə Xəbərlər Xəbər

Dəniz ekosisteminin mühafizəsi istiqamətində maarifləndirmə aparılır

2026-04-08
3
News

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya, texnologiya, təkrar emal və ekologiya kafedrasının təşəbbüsü ilə laboratoriya mənşəli kimyəvi tullantıların su hövzələrinə təsirini azaltmaq üçün tədbirlər həyata keçirilir. Tullantılar təsnifata uyğun yığılaraq emal üçün müvafiq müəssisələrə göndərilir. Hər bir laboratoriya əməkdaşı tullantıların düzgün çeşidlənməsi və saxlanılması qaydaları ilə bağlı təlimatlandırılır, tələbələr isə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 14-cü istiqamətinə (Dəniz ekosisteminin mühafizəsi – SDG 14) uyğun maarifləndirilir.

Layihə çərçivəsində ətraf mühitin qorunması və su ekosistemlərinin davamlılığı mövzusunda seminarlar keçirilib.