News

Ana səhifə Xəbərlər Xəbər

“Yarımmaqnit yarımkeçiricilər və onlar əsasında strukturların cihazqayırmada tətbiq imkanları” mövzusunda seminar

2023-12-29
359
News

Mühəndis fizikası və elektronika kafedrasının müdiri professor Mətanət Mehrabova “Yarımmaqnit yarımkeçiricilər və onlar əsasında strukturların cihazqayırmada tətbiq imkanları” mövzusunda seminar keçirib. Seminarda kafedrada aparılan elmi-tədqiqat işlərinin vəziyyəti, alınan elmi nəticələr və gələcək planlar müzakirə edilib.
Mətanət Mehrabova kafedranın elmi-tədqiqat istiqamətlərinə daxil olan yarımkeçirici CdMnTe(Se)
nazik təbəqələri və onlar əsasında heterokeçidlərin müxtəlif təyinatlı cihazlarda istifadəsi
perspektivləri haqqında danışıb, bu sahədə apardığı elmi-tədqiqat işlərini təqdim edib.
Geniş təqdimatdan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb.