News

Ana səhifə Xəbərlər Xəbər

AzTU və “BakuBus” MMC arasında kadr potensialının artırılmasına dair təlim proqramı uğurla yekunlaşıb

2026-02-03
17
News

“BakuBus” MMC-də şəhər nəqliyyatının davamlı inkişafı və hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə həyata keçirilmiş ixtisasartırma təlim proqramının yekununa həsr olunmuş tədbir keçirilib.

AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, təlim proqramı AzTU ilə “BakuBus” MMC arasında şəhər nəqliyyatının davamlı inkişafı, kadr potensialının gücləndirilməsi və sahə üzrə peşəkar biliklərin artırılması istiqamətində qurulmuş strateji əməkdaşlıq çərçivəsində həyata keçirilib. 

AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov təlim proqramının icrası ilə bağlı geniş məlumat verib. 

AzTU-nun Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti Qasım Manafov tələbələrin təlim proqramı ərzində müvəfəqiyyəti və göstəriciləri barədə ətraflı məlumat verib.