Daşkənd Dövlət Nəqliyyat Universitetinin Karyera mərkəzi və tələbələrlə iş bölümünün rəhbəri Maqsud Haydarov , bölümün marketoloqu Nodira Nurmuxamedova , Aviasiya mühəndisliyi kafedrasının professoru, t.e.d. Hamida Husnitdinova, Avtomobil nəqliyyatı mühəndisliyi fakültəsinin tədris işləri üzrə dekan müavini Əziz Rəşidov Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat texnikası və idarəetmə texnikası kafedrasında işgüzar səfərdə olub.
Qonaqlara kaferdanın tədris və tədqiqat istiqamətləri haqqında məlumat verilib. Həmçinin qonaqlar kafedranın Alstom şirkəti ilə birlikdə təşkil etdiyi təlim mərkəzi ilə tanış olub.