News

Ana səhifə Xəbərlər Xəbər

Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının təşkilatçılığı ilə təlimlərə start verilib

2025-12-04
2
News

AzTU ilə “Alstom Transport Azerbaijan” MMC şirkəti arasındakı əməkdaşlıq çərçivəsində Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının şirkətlə birgə təşkil etdiyi təlim fəaliyyətə başlayıb.

Açılış mərasimində AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli, Nəqliyyat və logistika fakültəsinin dekanı dosent Allahverdi Şərifov, Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının müdiri dosent Nicat Zöhrabov və “Alstom” şirkətinin Cənubi Qafqaz üzrə regional direktoru Elşən Zeynalov iştirak edib.

AzTU-nun prorektoru Nurəli Yusifbəyli iştirakçıları salamlayaraq təlimin əhəmiyyəti haqqında məlumat verib və təlim iştirakçılarına uğurlar arzulayıb. Daha sonra dosent Nicat Zöhrabov və Elşən Zeynalov çıxış edərək iştirakçılara uğurlar arzulayıb.