Nəqliyyat və logistika fakültəsində Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində maarifləndirici və elmi-praktiki tədbir təşkil olunub. Tədbirin əsas məqsədi dayanıqlı şəhər inkişafı, nəqliyyat və logistika sistemlərinin təkmilləşdirilməsi və hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində müasir yanaşmaların müzakirəsi olub.
Tədbirdə Nəqliyyat və logistika fakültəsinin dekanı Allahverdi Şərifov, Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının müdiri Razim Bayramov, Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının müdiri Nicat Zöhrabov, Logistika və nəqliyyat institutunun direktoru Fuad Daşdəmirov, Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının baş müəllimi Çingiz Rəhimov, müəllim Nicat Rəhimli, eləcə də fakültənin dekan müavini Axundov Qəzənfər iştirak edib.
Çıxışlar zamanı şəhər nəqliyyat sistemlərinin davamlı inkişafı, logistika infrastrukturunun optimallaşdırılması və təhlükəsiz hərəkət mühitinin formalaşdırılması mövzularında fikir mübadiləsi aparılıb. Tədbir interaktiv müzakirələrlə davam edib və tələbələrin sualları cavablandırılıb.
Sonda tələbələr Elnur Abdullayev və Zərifə Əliyeva öz layihələri haqqında təqdimatla çıxış edib, innovativ yanaşmalarını və araşdırma nəticələrini tədbir iştirakçıları ilə bölüşüblər.