Akademik keyfiyyətin qiymətləndirilməsi mütəxəssisi
Nərmin Xasayeva Azərbaycan Texniki Universitetində akademik keyfiyyətin qiymətləndirilməsi mütəxəssisi kimi fəaliyyət göstərir. Tədris prosesinin inkişafı və keyfiyyətinin yüksəldilməsi ilə məşğul olur.
Bakalavr - Bakı Dövlət Universiteti, Coğrafiya müəllimliyi / Magistr Azərbaycan Dövlət Pedaqoji Universiteti, Təlim və tədrisin təşkili və metodikası (SABAH)
Afaq İsmayılzadə
Akkreditasiya və monitorinq üzrə mütəxəssis
Afaq İsmayılzadə Azərbaycan Texniki Universitetində Akkreditasiya və Monitorinq üzrə mütəxəssisdir. O, daxili monitorinq, qiymətləndirmə, məlumatların təhlili və akkreditasiya koordinasiyası sahəsindəki səriştəsi ilə universitetin inkişafına dəstək göstərir.
Bakalavr - Azəbaycan Dillər Universiteti, Təhsil Fakültəsi / Magistr ADA universiteti, Təhsil Menecmenti
Həmidə Həsənova
Məmnunluq və qiymətləndirmə üzrə mütəxəssis
Həmidə Həsənova Azərbaycan Texniki Universitetində məmnunluq və qiymətləndirmə üzrə mütəxəssis kimi fəaliyyət göstərir. Tələbə, müəllim və inzibati heyətin universitet mühitindən razılıq səviyyəsini öyrənmək məqsədilə müxtəlif istiqamətlər üzrə sorğuların keçirilməsini təşkil edir.
Bakalavr - Bakı Slavyan Universiteti, Jurnalistika ixtisası / Bakalavr (2-ci ixtisas) – Bakı Slavyan Universiteti, Azərbaycan dili və ədəbiyyat müəllimi.
Kənan Zərbiyev
Audit mütəxəssisi
Kənan Zərbiyev Azərbaycan Texniki Universitetində audit mütəxəssisi kimi fəaliyyət göstərir. Tədris prosesinin keyfiyyətinə nəzarət və onun yaxşılaşdırılması ilə maraqlanır. İşində dəqiqliyə, səmərəliliyə və inkişaf yönümlü yanaşmaya önəm verir.
Bakalavr - Azərbaycan Dövlət İqtisad Universiteti, Metrologiya, standartlaşdırma və Sertifikatlaşdırma mühəndisliyi / Magistr İstanbul Universiteti, Kalite Yönetimi