Sənaye Dizaynı, Yeni Material və Texnologiyalar İnstitutunun elmi fəaliyyət istiqamətləri, müasir dizayn prinsipləri və yeni texnoloji sistemlərin informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə inkişaf etdirilməsi konsepsiyasına əsaslanır. Müasir tətbiqi proqram paketlərinin funksional imkanlarından texnoloji sistemlərin layihələndirilməsi və istehsal proseslərinin səmərəli təşkili məqsədilə istifadə olunması institutun əsas elmi-tədqiqat istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.