AzTU-nun magistratura səviyyəsinə qəbul olunanlar üçün tələb olunan sənədlərin siyahısı

2023-07-20

3x4 ölçüdə fotoşəkil (ağ fonda) – 4 ədəd;

Şəxsiyyət vəsiqəsinin surəti – 3 nüsxə;

Diplomun və diploma əlavənin notarial qaydada təsdiq edilmiş surəti  (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər) – 1 nüsxə;

Cari ilin məzunları tərəfindən universiteti bitirdikləri haqqında arayış – 1 nüsxə;

Hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında (hərbi xidmətdə olmayanlar üçün) vəsiqənin surəti (bütün səhifələrin surətini çıxarmaqla) – 1 nüsxə;

Təhsil haqqında ödəniş qəbzi (ödənişli əsaslarla qəbul olanlar üçün).

İmtiyazlı (təhsil haqqından azad olunan) bakalavrlardan tələb olunan sənədlər:

1. I və II dərəcə əlilliyi olan bakalavrlar: 

· Bakalavrın əlilliyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti.

2. Məcburi köçkünlər:

· Bakalavrın şəxsiyyət vəsiqəsinin surəti;

· Bakalavrın cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti

3. Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş bakalavrlar:

· Valideynin ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

· Valideynin əlillik haqqında sənədinin notarial qaydada təsdiq edilmiş surəti;

· Bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.

4. Şəhid ailəsinin üzvü olanlar:

· Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

· Bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

· Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti