AzTU
Təhsil və Proqramlar

Yüksək Təhsil İnstitutu (YTİ)

Müasir mühəndislik mühiti üçün yüksək ixtisaslı, rəqabətədavamlı mütəxəssislərin hazırlanması.

36ixtisas üzrə126ixtisaslaşma mövcuddur

Ümumi məlumat

İnstitut haqqında

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən Yüksək Təhsil İnstitutu universitetin Elmi Şurasının 27 dekabr 2021-ci il tarixli qərarı ilə yaradılmışdır. İnstitut AzTU-da magistratura və doktorantura səviyyələrində təhsil və elmi-tədqiqat fəaliyyətlərinin mərkəzləşdirilmiş şəkildə təşkili və inkişafını təmin edən əsas struktur bölmələrdən biridir.

İnstitutun yaradılmasında əsas məqsəd müasir dövrün tələblərinə uyğun, yüksək ixtisaslı, rəqabətqabiliyyətli və innovativ düşüncəyə malik mütəxəssislərin hazırlanması, həmçinin elmi fəaliyyətin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Nəyə çalışırıq

Missiya və strateji istiqamətlər

05

Yüksək Təhsil İnstitutunun missiyası texniki və mühəndislik sahələri üzrə müasir bilik və bacarıqlara malik, analitik və yaradıcı təfəkkürlü, tədqiqat və idarəetmə qabiliyyətləri inkişaf etmiş peşəkar kadrlar yetişdirməkdir. İnstitut eyni zamanda elmi fəaliyyətin inkişafına töhfə verməyi, innovativ yanaşmaları təşviq etməyi və universitetin beynəlxalq akademik mühitə inteqrasiyasını gücləndirməyi hədəfləyir.

  1. 01
    Magistratura və doktorantura səviyyələrində tədrisin təşkili və koordinasiyası
  2. 02
    Elmi-tədqiqat fəaliyyətlərinin inkişafı və idarə olunması
  3. 03
    Gənc tədqiqatçıların hazırlanması və akademik potensialın gücləndirilməsi
  4. 04
    Beynəlxalq və yerli elmi layihələrdə iştirakın təşviqi
  5. 05
    Sənaye və istehsalatla əlaqələrin gücləndirilməsi

Magistratura

Təhsil imkanları

İnstitut magistratura səviyyəsində geniş ixtisas və ixtisaslaşma spektri üzrə təhsil təklif edir. Hazırda:

36

ixtisas üzrə

126

ixtisaslaşma mövcuddur

Tədris çoxdilli mühitdə təşkil olunur və aşağıdakı dillərdə aparılır:

Azərbaycan diliİngilis diliAlman diliRus dili

Bu yanaşma tələbələrin beynəlxalq akademik və peşəkar mühitə daha asan inteqrasiyasına imkan yaradır.

Elm və innovasiya

Elmi-tədqiqat fəaliyyəti

05

Yüksək Təhsil İnstitutu elmi-tədqiqat işlərinin təşkili və inkişafına xüsusi önəm verir. İnstitut magistrant, doktorant və dissertantlara elmi fəaliyyətin bütün mərhələlərində dəstək göstərir. Bu dəstək aşağıdakı istiqamətləri əhatə edir:

  1. 01
    Elmi tədqiqatların planlaşdırılması və aparılması
  2. 02
    Dissertasiya mövzularının aktual və tətbiqyönümlü istiqamətlər üzrə seçilməsi
  3. 03
    Sənaye problemlərinə yönəlmiş tədqiqatların təşviqi
  4. 04
    Beynəlxalq elmi jurnallarda nəşrlərin dəstəklənməsi
  5. 05
    Elmi konfrans və simpoziumlarda iştirak imkanlarının yaradılması

İnstitut həmçinin müasir elmi nailiyyətləri və innovativ texnologiyaları izləyərək onların tədris və tədqiqat prosesinə inteqrasiyasını təmin edir.

Yüksək Təhsil İnstitutu (YTİ)