AzTU
Təhsil və Proqramlar

Yüksək Təhsil İnstitutu (YTİ)

Müasir mühəndislik mühiti üçün yüksək ixtisaslı, rəqabətədavamlı mütəxəssislərin hazırlanması.

36ixtisas üzrə126ixtisaslaşma mövcuddur

Vəzifələr

Yüksək Təhsil İnstitutunun (YTİ) İdarə Heyətinin vəzifələri

02
  1. 01
    YTİ-nin strateji fəaliyyət istiqamətlərini müəyyən etmək, 5 və 10 illik müddətləri əhatə edən orta və uzunmüddətli strateji inkişaf planlarını hazırlamaq;
  2. 02
    YTİ-nin Elmi Şurası tərəfindən qəbul edilən və İnstitut direktoru tərəfindən təqdim olunan illik fəaliyyət planlarını təsdiq etmək;

İdarə Heyəti ictimai əsaslarla fəaliyyət göstərir.

Səlahiyyətlər

İdarə Heyətinin hüquqları

02
  1. 01
    YTİ-nin adından sənaye müəssisələri ilə tərəfdaşlıq əlaqələri qurmaq;
  2. 02
    YTİ-nin illik fəaliyyəti barədə birbaşa AzTU-nun Elmi Şurasına və Rektoruna hesabat vermək

Kim təmsil olunur

İdarə Heyətinin tərkibi

07
  1. 01
    İdarə Heyətinin tərkibi 10 üzv və 1 sədrdən ibarətdir;
  2. 02
    5 üzv AzTU-dan, 6 üzv sənaye müəssisələrindən müəyyən olunur;
  3. 03
    AzTU-dan olan üzvlər Rektorun əmri ilə təyin olunur. Onlardan bir nəfər İdarə Heyətinin sədri təyin edilir.
  4. 04
    Sənaye müəssisələrini təmsil edən 6 üzv AzTU rektorunun (və ya tədris işləri üzrə prorektorun) rəsmi müraciəti əsasında iri müəssisələr tərəfindən təqdim edilən nümayəndələrdən formalaşır. Hər müəssisəni yalnız 1 (bir) nümayəndə təmsil edə bilər.
  5. 05
    İdarə Heyətinin üzvləri 1 (bir) il müddətinə təyin olunur və hər il yenidən formalaşdırılır.
  6. 06
    Sənaye müəssisələri eyni şəxsi qeyri-məhdud sayda üzv kimi təqdim edə bilər.
  7. 07
    AzTU-dan olan üzv (sədr daxil olmaqla) ardıcıl iki dəfədən artıq təyin oluna bilməz.

Namizədlərə tələblər

İdarə Heyətinin üzvlərinə olan tələblər

Sənaye müəssisələrindən olan üzvlər üçün: Strateji inkişaf şöbəsinin müdiri, İdarə Heyətinin üzvü, İcraçı Direktorun müavini və digər qərar qəbul edən rəhbər şəxs olmalıdır.
AzTU-dan təyin olunan üzvlər üçün: Ən azı fəlsəfə doktoru elmi dərəcəsi; minimum 1 il elmi-pedaqoji təcrübə; minimum 1 il inzibati idarəetmə təcrübəsi (dekan, kafedra müdiri, şöbə müdiri və s.). Dövlət və özəl müəssisələrdə təcrübəsi olanlara üstünlük verilir.

İdarə Heyəti

İdarə Heyətinin sədri

İdarə Heyətinin sədri i.e.f.d. F.O.Məmmədovdur (fariz.mammadov@aztu.edu.az).

Yüksək Təhsil İnstitutu (YTİ)