AzTU-da “4Sİ Akademiyası” ilə bağlı məlumat sessiyası keçirilib
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) həyata keçirdiyi “4Sİ Akademiyası” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və müəllimləri üçün məlumat sessiyası keçirilib.
Tədbirdə “Milli Proqram”ın əsas məqsədinin sənaye 4.0 sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və beynəlxalq təlim imkanlarına çıxışın genişləndirilməsi olduğu vurğulanıb. Sessiya zamanı iştirakçılara “Coursera” platformasında 21 min təlimin ödənişsiz əlçatan olduğu qeyd olunub.
Sessiyada həmçinin “4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “İdarəetmə kitabları” (https://pocketbook.az) layihəsi təqdim olunub. Layihə beynəlxalq səviyyədə tanınmış müəlliflərin idarəetmə, strategiya, dəyişikliklərin idarəolunması, liderlik, analitik düşüncə, maliyyə, ünsiyyət və digər istiqamətlər üzrə 102 əsərini Azərbaycan dilində elektron formatda təqdim edir.












