XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

ENGAGE layihəsi çərçivəsində İspaniyanın Kataloniya Politexnik Universitetinin təcrübəsi öyrənilir

2023-09-29
214
Xəbərlər

“Erasmus+ KA3” proqramı üzrə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində növbəti təlimlər İspaniyanın Kataloniya Politexnik Universitetinin ev sahibliyi və təşkilatçılığı ilə keçirilib.

Səfər çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu layihənin sahə üzrə ən güclü tərəfdaşlarından olan Kataloniya Politexnik Universitetinin innovasiyaların idarəedilməsi və sahibkarlıq fəaliyyətləri üzrə təcrübəsi paylaşılıb.

İnnovasiyaların idarəedilməsi, akademik sahibkarlığa institusional dəstək mexanizmi, sahibkarlığın universitet strategiyasına inteqrasiya edilməsi və digər mövzular üzrə təşkil olunan səfərdə layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, inzibati və akademik heyətindən 25 nəfərlik nümayəndə iştirak edib.

Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) Elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah təmsil edib.