Beynəlxalq əlaqələr

Əcnəbi tələbələr




Əcnəbi tələbələr üçün qəbul  https://portal.edu.az/ saytı vasitəsilə həyata keçirilir.

Universitetə qəbul olunan tələbələr aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:

1. Transkriptlə birlikdə orta təhsil haqqında diplomun əsli və apostil edilmiş versiyası. Transkriptlə birlikdə orta təhsil haqqında diplomun  Azərbaycan dilində  notarial təsdiq və tərcüməsi.

2. Xarici pasportun surəti (pasportun etibarlılıq müddəti aşağıda göstəriləndən bir ildən  az olmamalıdır).

3. Azərbaycan dilində ümumi sağlamlıq arayışı və ya QİÇS, Hepatit B və C, sifilis daşıyıcısı olmadığına dair sağlamlıq arayışı.  Sağlamlıq arayışı müraciətçinin öz ölkəsində və ya Azərbaycanda yerli tibb mərkəzlərində alınır.

4. Dil biliyi sertifikatı (arzu olunandır)

Azərbaycan və ya rus dilləri üzrə dil biliyi sertifikatı (varsa).

Minimum IELTS (üzrə 5.0 bal) və ya TOEFL( üzrə 40 bal)  ingilis dili üzrə dil biliyi sertifikatı varsa  (dövlət dilinin ingilis dili olduğu ölkələrin vətəndaşları bu tələbdən azaddır).

5. 3x4 sm ölçüdə 10 ədəd fotoşəkil (son 6 ayda çəkilmiş  şəkil).

6. Tələbə vizasının surəti.

7. Tələbənin müvəqqəti qeydiyyatda olduğu yaşayış yerinin  sənədinin surəti.

Azərbaycan Texniki Universitetində təhsil almaq istəyən əcnəbi vətəndaşlar hazırlıq kursu, bakalavr, magistratura və doktorantura səviyyələrində Azərbaycan, rus və ingilis dillərində təhsil ala bilərlər.

Hazırlıq kursları

Təhsilini bakalavriat və magistratura səviyyələrində almaq istəyən, lakin Azərbaycan, rus və ya ingilis dillərindən heç birini bilməyən müraciətçilər birbaşa bir illik hazırlıq kursuna qəbul olunurlar. Azərbaycan, rus və ingilis dillərində təklif olunan hazırlıq kursunda əcnəbi vətəndaş dil biliklərinə yiyələnə bilər.

Hazırlıq kursu  üçün təhsil haqqı 950 ABŞ dollarıdır.

Xarici tələbələr üçün hazırlıq kursu 2 semestr ərzində aparılır.