XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

“Erasmus+” proqramı çərçivəsində Həsən Kalyoncu Universitetinin müəllimi AzTU-da olub

2023-05-18
341
Xəbərlər

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Həsən Kalyoncu Universiteti arasında “Erasmus+ KA1” proqramı çərçivəsində əməkdaşlıq davam etdirilir. Əməkdaşlıq çərçivəsində Həsən Kalyoncu Universitetinin Pilotsuz uçuş aparatlarının texnologiyası və əməliyyatları kafedrasının müəllimi Metehan Atay AzTU-da səfərdə olub.

AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində tələbə və akademik heyətlə görüşən qonaq tədris infrastrukturu ilə yaxından tanış olub. Metehan Atay dərslərdə iştirak edərək tələbələrə mövzu üzrə mühazirə oxuyub.

Qonaq həmçinin Radiotexnika və telekommunikasiya kafedrasının texniki bazası və laboratoriyaları ilə yaxından tanış olub və birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıb.