XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Polşanın Rzeszow Texnologiya Universitetinin professoru AzTU-da mühazirə oxuyub

2023-05-31
316
Xəbərlər

Polşanın Rzeszow Texnologiya Universitetinin professoru, WoS və SCOPUS indeksli “İqtisadiyyat və sosiologiya” jurnalının baş redaktor müavini və “Beynəlxalq araşdırmalar” jurnalının baş redaktoru Yuriy Bilan “Erasmus+” proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Səfər çərçivəsində Yuriy Bilan magistr və doktorantlara, həmçinin İqtisadiyyat və statistika kafedrasının müəllimlərinə “Elmi nəşrlərdə şəffaflıq prinsipləri və ən yaxşı təcrübə” mövzusunda mühazirə oxuyub.