XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

Türkiyənin Həsən Kalyoncu Universitetinin departament rəhbəri AzTU-da olub

2023-07-21
372
Xəbərlər

Türkiyənin Həsən Kalyoncu Universitetinin Strateji inkişaf və keyfiyyət təminatı departamentinin müdiri Tuba Gündoğdu “Erasmus+” proqramı çərçivəsində AzTU-da səfərdə olub. Səfər çərçivəsində Tuba Gündoğdu tərəfindən "Türkiyə nümunəsində ali təhsil müəssisələrinin strateji inkişafı və keyfiyyət təminatı" mövzusunda seminar keçirilib.

Seminarda AzTU-nun nümayəndələri ilə yanaşı, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndəsi, AzMİU, ADMİU və SDU-nun müvafiq strukturlarının rəhbərləri və əməkdaşları da iştirak edib.

AzTU-nun Keyfiyyətin Təminatı Mərkəzi və Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən seminarda iştirakçılara Həsən Kalyoncu Universitetində idarəetmə sistemi, keyfiyyət komissiyasının yaradılması və fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Seminarın sonunda Tuba Gündoğdu iştirakçıları maraqlandıran sualları cavablandırıb.