Layihənin adı: Azərbaycan İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə Azərbaycanda Tədqiqat Potensialının artırılması (DIRNA)
 
Maliyyələşdirən təşkilat: EU ERASMUS+ proqramı
 
İcra müddəti: 101082124
 
Layihənin əsas məqsədi: Layihənin məqsədi açıq girişli Azərbaycan İnstitsional Repositorlar Şəbəkəsinin qurulması yolu ilə Azərbaycanın aparıcı Ali təhsil müəssisələrində tədqiqat nəticələrinin idarəolunması sahəsində potensialın artırılmasıdır. Layihənin əsası repozitorun qurulması, onun qarşılıqlı əlaqələndirilməsi, təlimlərin təşkili yolu ilə çərçivənin işlənilməsi, məlumatların daxil edilməsi və idarəedilməsini təşkil etməkdən ibarətdir.
 
İnternet səhifə: http://dirna.khazar.org/
  • Karyerlarının müxtəlif mərhələlərində fakultə və tədqiqatçıların texnoloji ehtiyaclarını qarşılamaq və innovativ texnologiyalardan istifadə etməklə tədqiqat materiallarının təkmilləşdirilməsi və keyfiyyətinin təmin olunması üçün Açıq Girişli Azərbaycan İnstitsional Repozitorlar Şəbəkəsinin qurulması məqsədi üçün layihələndirmə aparılması və müvafiq sahədə potensialın artırılması,
  • Açıq girişli Azərbaycan İnstitsional Repozitorlar Şəbəkəsi üzrə işlərin yerinə yetirilməsi üçün müvafiq potensialın formalaşdırılması məqsədilə təlim və tədris materiallarının hazırlanması;
  • Azərbaycan Universitetlərinin tədris, tədqiqat və əlaqədar fəaliyyətlərini dəstəkləyəcək Xəzər Universitetinin İnformasiya resursları mərkəzindən repozitor kimi istifadə olunmaqla istifadə həcminin genişləndirilməsi;
  • Azərbaycanın tədqiqat aləmində və kənarda elmi və akademik nəticələrin geniş yayılmasını, istifadəsini və təsirini maksimallaşdırmaq;
  • Sağlamlıq imkanları məhdud insanlar üçün inklüziv təhsil üzrə öyrətmə və öyrənmə materiallarına əlçatanlığın təmin olunması;
  • Azərbaycanın ali təhsil müəssisələri üçün elektron nəşriyyatların saxlanması üçün saxlama sahəsinin yaradılması;
  • Azərbaycanın Ali Təhsil müəssisələrində Açıq girişli Azərbaycan İnstitsional Repozitorlar Şəbəkəsinin qurulması üzrə qazanılan bilik və bacarıqların paylaşılması və onlara müvafiq köməkliyin edilməsi.
AzTU tərəfindən görülmüş işlər:Layihə çərçivəsində repozitorlar şəbəkəsinin qurulması üçün Türkiyə təcrübəsi öyrənilmiş, İtaliya universitetlərində repozitorlar şəbəkəsinin öyrənilməsi üçün hazırlıq işləri görülür.