Layihənin adı: Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyat təminatının təkmilləşdirilməsi (IQAinAR)
 
Maliyyələşdirən təşkilat: EU ERASMUS+ proqramı Qrant nömrəsi 619477-EPP-1-2020-1-NL-EPPKA2-CBHE-JP
 
İcra müddəti: 15/01/2021 -14/01/2025
 
Layihənin əsas məqsədi: Layihənin məqsədi universitet səviyyəsində tədrisin keyfiyyətini (müəllim meyarı - müəllimlərin peşəkar bacarıqlarını inkişaf etdirmək) və öyrənmə keyfiyyətini (tələbə meyarı - öyrənmə qabiliyyəti, ömürboyu təhsil, motivasiya, tələbələrin yumşaq və sərt bacarıqları) artırmaq, müəllimlər və tələbələr tərəfindən aparılan tədqiqatların keyfiyyətini (nəzərdən keçirilən jurnallarda dərc edilməsi, tələbə araşdırmalarının təşviqi) yüksəltməkdir.
 
İnternet səhifə: https://www.iqainar.org/
  • Avropanın Ali təhsil müəssisələrində ali təhsildə daxili keyfiyyət təminatının etalon təhlili;
  • Daxili Keyfiyyət Təminatının (DKT) yerli/regional səviyyədə ilkin öyrənilməsi;
  • ATM-də Daxili Keyfiyyət təminatının artırılması strategiyasının inkişafı və sınaqdan keçirilməsi.
  • Daxili keyfiyyət təminatı göstəricilərinin və qiymətləndirmə indikatorlrının yaradılması;
  • Təlim proqramlarının hazırlanması və AT mütəxəssislərinin QA sertifikatlaşdırılması (keyfiyyət mədəniyyətinin əsasları, mühazirələr, video dərsləri, IQAI təlimatları, məlumatların sistemli toplanması və təhlili üzrə məlumat idarəetməsi və s. daxil olmaqla təhsil modulları);
  • Tədqiqat iş proqramlarının hazırlanması (keyfiyyət mədəniyyətinin əsasları, mühazirələr, video və s. daxil olmaqla təhsil modulları)
  • Daxili keyfiyyət təminatı üzrə tərəfdaş universitetlərin heyətinin potensialının artırılması: təlim və sertifikatlaşdırma;
  • Ali təhsil müəssisələri və bütün maraqlı tərəflər üçün sərbəst girişi olan onlayn platformanın yaradılması və işə salınması:
  • Keyfiyyətin təminatı üzrə onlayn təlim proqramları
  • videolar (hadisələr, müsahibələr)
  • təşviq
  • sənədləşmə
AzTU tərəfindən görülmüş işlər:Layihə çərçivəsində İspaniya təcrübəsi öyrənilmiş və keyfiyyət indikatorlarının pilot olaraq tərəfdaş universitetlərində tətbiqi icra edilməkdədir.