Layihənin adı: Azərbaycan, Gürcüstan və Moldovanın turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı (LMPH)
 
Maliyyələşdirən təşkilat: Avropa Birliyinin TEMPUS proqramı
 
Qrant nömrəsi: N° 544191 Tempus 1-2013-1-PT JPCR
 
İcra müddəti: 01/05/2014 – 30/05/2017
 
Layihənin əsas məqsədi: Layihənin məqsədi qonaqlama və otel idarəçiliyi üzrə peşəkar təhsil və təlim proqramlarının (magistr dərəcəsi) yaradılmasıdır. Layihənin hədəfi Gürcüstan, Azərbaycan və Moldovanın gənc vətəndaşlarıdır.
 
Layihənin vəzifələri:
  • - Kontekstə uyğunlaşdırılmış otelçilik layihələrini tərtib etmək, qiymətləndirmək, həyata keçirmək, bazara çıxarmaq və idarə etmək qabiliyyətinə malik insan resurslarının hazırlanması ilə yüksək ekoloji, sosial, iqtisadi xüsusiyyətləri özündə birləşdirən müasir turizmin inkişafına töhfə vermək. - Boloniya prosesinə uyğun olaraq otel sahəsində təhsil və təlim proqramlarını peşəkarlaşdırmaq. - Xüsusi ehtiyaclarına uyğun hazırlanmış otelçilik üzrə bakalavr və iki peşəkar magistr dərəcəsi yaratmaq, 9 müəllimi Aİ-a təlimə göndərmək, təlim proqramlarını və məzmununu hazırlamaq, mükəmməllik mərkəzi / resurs mərkəzi yaratmaq və bu yeni kurikulumlar üzrə 200 tələbəyə dərs vermək, tələbə mobilliyini inkişaf etdirmək, - Qonaqlama fəaliyyətində rəhbər vəzifələrdə tələbələrin işlə təmin olunmasını yaxşılaşdırmaq.

İnternet səhifə: http://tempus.lmph.eu/