Beynəlxalq əlaqələr

Ankara Universiteti




Türkiyənin Ankara Universiteti ilə birgə “Kompüter mühəndisliyi” bakalavr proqramı

2022/2023-cü tədris ilindən etibarən Türkiyənin Ankara Universiteti ilə birgə ali təhsilin bakalavriat səviyyəsində kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına tələbə qəbulu həyata keçirilir.

Proqram üzrə ortaq tədris planı müəyyən olunub, Yüksəköğrətim Kurulu (YÖK) və Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən təsdiq olunub.

Proqrama əsasən tələbələrin birinci və ikinci tədris ilini Azərbaycan Texniki Universitetində, üçüncü və dördüncü tədris ilini Ankara Universitetində təhsil almaları nəzərdə tutulub. Tədris ingilis dilindədir.