Beynəlxalq əlaqələr

Qazi Universiteti




Türkiyənin Qazi Universiteti ilə birgə “Elektrik və elektronika mühəndisliyi” bakalavr proqramı

2023/2024-cü tədris ilindən etibarən Türkiyənin Qazi Universiteti ilə birgə ali təhsilin bakalavriat səviyyəsində elektrikelektronika mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına tələbə qəbulu həyata keçirilir.

Proqram üzrə ortaq tədris planı müəyyən olunub, Yüksəköğrətim Kurulu (YÖK) və Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən təsdiq olunub.

Proqrama əsasən tələbələrin birinci və ikinci tədris ilini Azərbaycan Texniki Universitetində, üçüncü və dördüncü tədris ilini Qazi Universitetində təhsil almaları nəzərdə tutulub. Tədris türk dilindədir.