![]() |
Müdafiə sistemləri və texnoloji inteqrasiya kafedrasının müdiri, texnika elmləri doktoru, professor Uğurlu Məhəmməd oğlu Nadirov Tel: (+994 12) 539 12 27 E-poçt: ugurlu.nadirov@aztu.edu.az Uğurlu Məhəmməd oğlu Nadirov 1990-cı ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) fərqlənmə diplomu ilə bitirmiş və həmin ildən etibarən “Maşınqayırmada Avtomatlaşdırılmış Layihələndirmə Sistemləri” kafedrasında gənc mütəxəssis kimi elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1995–1998-ci illərdə aspirantura təhsili almış, 1998-ci ildə 05.02.08 – Maşınqayırma texnologiyası ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı verilmişdir. 2021-ci ildə 3313.01 – Maşınqayırma texnologiyası ixtisası üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almışdır. U.M. Nadirov 112 elmi əsərin, o cümlədən 1 patentin, 1 monoqrafiyanın, 2 dərsliyin, 5 dərs vəsaitinin və 3 metodiki göstərişin müəllifidir. Onun elmi məqalələri Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Braziliya, Hindistan, Belarusiya və Ukrayna kimi ölkələrin qabaqcıl beynəlxalq elmi xülasələndirmə və indeksləmə bazalarına daxil olan nüfuzlu jurnallarda dərc edilmişdir. 2021–2025-ci illərdə Sənaye Dizaynı və Texnologiya İnstitutunun direktoru vəzifəsində çalışmış, 2025-ci ilin sentyabr ayından isə Müdafiə sistemləri və texnoloji inteqrasiya kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur. |