Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı üçün qəbul açıq elan edilir.💫
Proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrinin I kurs bakalavr tələbələri müraciət edə bilər. Seçilmiş 20 tələbə aylıq 200 AZN təqaüd qazanacaqdır.✨
Əsas meyarlar:
✔️Azərbaycan Respublikasının vətəndaşı olmaq;
✔️I kursda əyani təhsil almaq və qəbul balının minimum 600 olması;
✔️Sosial meyarlardan birinə uyğun olmaq:
• ünvanlı sosial yardım alan ailə,
• əlillik,
• valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər;
✔️Akademik göstəricilərlə yanaşı könüllü və sosial fəaliyyətdə iştirak etmək.
🔗 Qeydiyyat linki: https://anket.edu.az/user/279
🗓 Qeydiyyat üçün son tarix: 18 noyabr 2025-ci il