“SG Car GmbH” şirkəti tərəfindən təcrübə imkanı

2025-11-12

Almaniyada fəaliyyət göstərən “SG Car GmbH” şirkəti tərəfindən təcrübə imkanı!

Azərbaycan Texniki Universitetinin tələbələri üçün “SG Car GmbH” (Almaniya) şirkəti tərəfindən avto ehtiyat hissələrinin satışı sahəsində onlayn, ödənişsiz təcrübə proqramı elan olunur.

Təcrübə proqramı çərçivəsində tələbələr real iş mühitində təcrübə qazanmaq, beynəlxalq şirkət təcrübəsini öyrənmək və gələcək karyeralarına dəyər qatmaq imkanı əldə edəcəklər.

Proqram haqqında məlumat:

• Təcrübə onlayn formatda həyata keçiriləcək;

• Təcrübə ödənişsiz əsaslarla təşkil olunur;

• İlkin mərhələdə 2 nəfər, növbəti mərhələlərdə isə 6 nəfərə qədər tələbə təcrübəyə cəlb olunacaq;

• Təcrübə müddəti: 3–6 ay;

• Təcrübə zamanı iştirakçılarla rəsmi müqavilə imzalanacaq;

• Təcrübəni uğurla başa vuran tələbələrə sertifikat təqdim olunacaq;

• Uğurlu iştirakçıların gələcəkdə işlə təmin olunmaq imkanı mövcuddur.

İştirak üçün tələblər:

• İnformasiya Texnologiyaları fakültəsinin tələbələri öncəlik təşkil edir;

• Eyni zamanda, İT sahəsinə marağı olan digər ixtisas tələbələri də müraciət edə bilər.

• Rus dili biliyi olan şəxslərə üstünlük veriləcək.

Bu fürsəti qaçırmayın və beynəlxalq təcrübə qazanmaqla gələcək karyeranıza güclü addım atın!

📩 Müraciət üçün: CV-lərinizi cv.karyera@aztu.edu.az email ünvanına göndərə bilərsiniz.