Veysəloğlu şirkətlər qrupu tərəfindən Ticarət Marketinq Mütəxəssisi vakansiyası elan olunur!
Vəzifə öhdəlikləri:
- Ticari Marketinq Strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyalar, tanıtımın izlənilməsi, displeylər, mağazadaxili brendinq və digər əlaqəli funksiyalarda iştirak etmək;
- Ərazi ziyarətləri – POS üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, promosyonların və stok səviyyəsinin monitorinqi;
- Stokların hərəkətinə nəzarət etmək, yavaş hərəkət edən və ya müddəti bitən məhsullar üzrə ticari planlama hazırlayıb satış komandasına təklif etmək;
- KA və ənənəvi ticarət kanalı müştəriləri üçün brend menecerlərlə koordinasiya qurmaq və kateqoriyanı idarə etmək;
- BTL fəaliyyətlərinin həyata keçirilməsi (promouterlərin iş fəaliyyətinə nəzarət, hədəflərin təyin edilməsi, dadım aksiyaları, tanıtım tipli hədiyyəli aktivliklərin planlanması və icrasına nəzarət);
- Ticari və istehlakçı təkliflərinin proqnozlaşdırılması və tələbin planlaşdırma komandasına ötürülməsi;
- Ticari aktivliklər üzrə satış hədəflərinə nail olmaq üçün satış meneceri ilə mütəmadi əlaqə saxlamaq;
Tələblər:
· Ali təhsil: İqtisadiyyat, Biznesin İdarəedilməsi, Menecment, Marketinq və əlaqəli sahələr;
· Minimum 1 il trade marketing, brand marketing və ya sales təcrübəsi, üstünlük təşkil edir FMCG, pərakəndə və ya distribusiya sektorunda işləmə təcrübəsi
MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə bilik; SAP və CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür;
· İngilis dili yaxşı səviyyədə, rus dili bilmək üstünlükdür;
· Çoxsaylı layihələri paralel şəkildə idarə etmək və tərəfdaşlarla səmərəli əməkdaşlıq münasibətləri qurmaq bacarığı
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur
Təminatlar:
Servis xidməti
Nahar təminatı
Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu bölməsində “Ticari Marketinq üzrə Mütəxəssis” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya karyera.veyseloglu.az saytına göndərə bilərlər.