🎓 100% təqaüdlü beynəlxalq İT təhsili fürsəti!

2025-10-27

Agentliyin dəstəyi və "PASHA Holding" LLC-in sponsorluğu ilə Holberton School Azerbaijan-da həyata keçirilən proqram gənclərə beynəlxalq səviyyədə tanınan İT ixtisasları üzrə təhsil almaq imkanı yaradır.

Layihə əsaslı öyrənmə modeli, mentor dəstəyi və qlobal Holberton icmasının üzvü olmaq fürsəti ilə iştirakçılar "Full Stack Web Development", "Machine Learning", "Cybersecurity" və "Computer Science" istiqamətlərində biliklərini inkişaf etdirə biləcəklər.

📅 Son qeydiyyat tarixi: 29 oktyabr

🔗 Qeydiyyat üçün keçid: https://lnkd.in/eG3eFKvx