Bu proqram İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, həmçinin Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondu tərəfindən, dünyanın aparıcı onlayn təhsil platforması Coursera ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
📢 Layihə haqqında:
✔️Yaşından və təhsilindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları layihədə iştirak edə bilər.
✔️İştirakçılara 6 həftəlik ödənişsiz istifadə imkanı təqdim olunur.
✔️Universitet əməkdaşları və tələbələri üçün əlavə üstünlük – 6 həftə + 6 həftə (ümumilikdə 12 həftə) istifadə şansı.
✔️Əvvəlki iştirakçılar da yenidən layihəyə qoşula bilərlər.
🧾 Qeydiyyat qaydaları:
Əvvəl iştirak etmiş şəxslər üçün qeydiyyat linki:
🔗 https://forms.gle/KrQBQReAiyEhTiwW6
⏰ Qeydiyyat üçün son tarix: 17 noyabr
🎓 Lisenziyalar 18 noyabr tarixində təqdim olunacaq.
İlk dəfə iştirak edəcək əməkdaş və tələbələr üçün qeydiyyat linki:
🗓️ Yeni (7-ci) kohortun başlama tarixi: 9 dekabr
🌍 Layihənin üstünlükləri:
✔️13 000+ beynəlxalq kurs
✔️6 həftəlik ödənişsiz istifadə müddəti
✔️2500+ kurs azərbaycanca subtitrli
✔️15 ən populyar kurs azərbaycanca dublyajlı
✔️Süni intellekt, data analitikası, layihə idarəçiliyi, maliyyə, idarəetmə, kənd təsərrüfatı və digər sahələr üzrə prestijli təlimlər
✔️Beynəlxalq sertifikatları ödənişsiz əldə etmək imkanı!