🔹 Namizədə tələblər:
✔️Təhsil: Ali texniki təhsil (Mexanika mühəndisliyi üzrə);
✔️Təcrübə: Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
✔️Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
✔️Kompüter bilikləri: MS Office, AutoCAD və SolidWorks proqramlarında işləmə bacarığı;
✔️İşdə dəqiqlik, detallara diqqət və komandada işləmək bacarığı.
⚙️ Vəzifə öhdəlikləri:
✔️Avadanlıqların iş prinsiplərini bilmək və onların düzgün istismarını təmin etmək;
✔️Planlı və plandan kənar mexaniki təmir işlərinin təşkili və icrasına nəzarət etmək;
✔️Həftəlik, aylıq və illik təmir planlarının icrasını izləmək və hesabat vermək;
✔️Mexaniki nasazlıqların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq və icrasına nəzarət etmək;
✔️Podratçı şirkətlərin filiallarda yerinə yetirdiyi mexaniki işlərə nəzarət etmək;
✔️Ehtiyat hissələrin siyahısını tərtib etmək, anbardakı miqdarını optimallaşdırmaq və sifarişlərini hazırlamaq;
✔️Vacib ehtiyat hissələrin daim mövcudluğunu təmin etmək;
✔️Mexaniki qurğuların texniki sxemlərini hazırlamaq və yeniləmək;
✔️Mexaniki təmir və texniki xidmətlə bağlı sənədləşmə və hesabat işlərini aparmaq;
✔️Təmir işlərini planlaşdırmaq, idarə etmək və hesabatlılığı təmin etmək.
📍 İş yeri: Bakı
💼 İş şəraiti: Standart, ofis
🕘 İş rejimi: 5 günlük, 09:00–18:00
💰 Əmək haqqı: 1300 AZN (net)
➡️ Əlavə olaraq il ərzində mükafat almaq imkanı mövcuddur.
📩 Müraciət qaydası:
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mühəndis-mexanik” qeyd etməklə 📧 hr@dea.az elektron ünvanına göndərmələri xahiş olunur.
➡️ Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.