Azərbaycan Hava Yolları QSC Rabitə (naviqasiya üzrə) vakansiya elan edir.
İş yeri: Laçın rayonu, Qorçu kəndi
Əmək haqqı: 700-800 AZN +yüksəklik pulu
Təsvir:
Rabitə avadanlıqlarının prinsipial və montaj sxemlərini, texniki istismar qaydalarını, istismar təşkili və struktur sxemini bilməli;
Növbə zamanı rabitə avadanlıqlarının fasiləsiz və daimi işini təmin etməli;
Zədələr baş verdikdə təcili tədbirlər görməli və mühəndisə məlumat verməli;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına riayət etməli.
Tələblər:
Təhsil: Peşə ilə bağlı təhsil;
Dil bilikləri: Azərbaycan dili – Səlis;
Sahə üzrə 1 il iş təcrübəsi;
Ünsiyyət bacarıqları;
Qərar vermə bacarığı;
İşə uyğunlaşma qabiliyyəti;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Komandada işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlərdən mövzu (başlıq) hissəsində Rabitə (naviqasiya üzrə) adını qeyd etməklə CV-lərini cv.karyera@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.