Satış üzrə mütəxəssis vakansiyası

2025-10-27

Veysəloğlu şirkətlər qrupu tərəfindən Satış üzrə mütəxəssis vakansiyası elan olunur!

Öhdəliklər

- Müştərilərə potensialına uyğun, məhsulların verilməsinə nəzarət etmək

- Müştəridə məhsul paketinin dövriyyə payına uyğun satış edilməsinə diqqət etmək və müştəri borcunun süni olaraq qabardılmasına nəzarət etmək

- Müştərilər üzərində planlar qoymaq və planların yerinə yetirilməsinə nəzarət etmək

- Ərazidəki potensiallı müştərilərin satışına mütəmadi olaraq nəzarət etmək və satışın artırılması istiqamətində təkliflər vermək

- Şirkət tərəfindən müəyyən edilmiş plana əsasən məhsulların satışının təmin edilməsini təşkil etmək

- Satış səviyyəsi nisbətən aşağı olan mağazaların satış səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətlər həyata keçirmək

- Bölgə müdirlərinin və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirmək və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləmək

- Ticari marketing komandası ilə əlaqədar kompaniyaların həyata keçirilməsi

- Hesabatlar ve sunumlar hazırlanması (satış, stok, müştərilər, fabrike report ve s.).

- Kampaniya və ya proje üçün POS materiallarının hazırlanması və satış nöqtələrinin təmin edilməsi

Tələblər

Vəzifə tələbləri:

- Ali təhsil (Marketinq, Satış/Biznesin İdarəedilməsi və ya İqtisadiyyat üzrə);

- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;

- MS Office, xüsusilə Excel proqramını əla bilmək;

- Azərbaycan dili (əla), Rus dili (arzu olunandır);

- Müştəri yönümlü yanaşma və güclü kommunikasiya bacarıqları;

- Satış planlarının hazırlanması və icrasını izləmək bacarığı;

- Analitik düşüncə və satış göstəricilərinin təhlili bacarığı;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

- Servis xidməti

- Nahar təminatı

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Satış üzrə mütəxəssis” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya karyera.veyseloglu.az saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.