Azərbaycan Mərkəzi Bankı ali təhsil müəssisələrində maliyyə savadlılığının artırılması istiqamətində təşəbbüslərini davam etdirərək Azərbaycan Texniki Universitetinin tələbələri üçün “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda dörd günlük təlimlər keçirmişdir. Təlimlər zamanı iştirakçılara müasir maliyyə sektorunun əsas mövzuları – “Rəqəmlərlə iqtisadiyyatın idarə edilməsi”, “Rəqəmsal maliyyə məhsulları”, “Maliyyə sektorunda kibertəhlükəsizlik” və “Ödəniş sistemləri və innovasiyalar” üzrə nəzəri və praktiki biliklər təqdim olunmuş, proqramı uğurla başa vuran tələbələr Mərkəzi Bank tərəfindən sertifikatla təltif edilmişdir.