XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

“Müsahibəyə hazırlıq” mövzusunda təlim

2025-10-31
69
Xəbərlər

🎯 Dövlət Məşğulluq Agentliyinin Karyera Filialı və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə İnformasiya Texnologiyaları və Telekommunikasiya fakültəsinin tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim təşkil olunub. 💼

Təlim zamanı tələbələrə müsahibə prosesinin mərhələləri, düzgün özünü təqdimetmə bacarıqları, CV təqdimatı, işəgötürənlərin gözləntiləri və uğurlu çıxış üçün vacib davranış qaydaları barədə ətraflı məlumat verilib.

Təlimin məqsədi tələbələrin gələcək karyera inkişafında onlara praktik bacarıqlar qazandırmaq və real müsahibə mühitinə daha hazırlıqlı olmalarına dəstək göstərməkdir.