Azərbaycan Texniki Universiteti (AzTU) gənclərin uğurlu karyera qurmasına və əmək bazarına səmərəli inteqrasiyasına dəstək məqsədilə Karyera və Məşğulluq Mərkəzini təsis edib. Mərkəz 2020-ci ildən etibarən universitetin struktur bölməsi kimi fəaliyyət göstərir.
Karyera və Məşğulluq Mərkəzinin əsas məqsədi tələbə və məzunlara öz maraq və bacarıqlarını kəşf etməyə, şəxsi və peşəkar inkişaflarını planlaşdırmağa, həmçinin çağdaş əmək bazarının tələblərinə uyğun rəqabətədavamlı kadr kimi formalaşmalarına dəstək göstərməkdir. Mərkəz gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, karyera yönümlü fəaliyyətlərin təşkili, potensial işəgötürənlərlə əlaqələrin qurulması və əmək bazarına çıxış imkanlarının genişləndirilməsini prioritet istiqamət kimi müəyyən etmişdir.
AzTU-da tələbələrin peşəkar inkişafına verilən önəm onların gələcəkdə uğurlu mütəxəssis və lider kimi formalaşmasına xidmət edir. Bu yanaşma universitetin məzun şəbəkəsinin güclənməsinə, məzunlarla davamlı əlaqələrin qurulmasına və qarşılıqlı əməkdaşlıq mühitinin yaradılmasına zəmin yaradır.
Məhz bu məqsədlə yaradılmış Məzun Assosiasiyası universitet və məzunlar arasında əlaqələrin qorunmasına və möhkəmləndirilməsinə xidmət edir. Karyera və Məşğulluq Mərkəzi məzunların karyera inkişafına dəstək olmaq, onlarla aktiv ünsiyyət qurmaq və nailiyyətlərini paylaşmaqla AzTU icması daxilində həmrəyliyi gücləndirir.
Eyni zamanda tələbələr məzunların uğur hekayələrindən ilham alır, karyera planlamasında motivasiya qazanır və peşəkar istiqamətlərini daha aydın müəyyənləşdirmək imkanı əldə edirlər. Karyera və Məşğulluq Mərkəzi bütün tələbə və məzunlara açıqdır və onların inkişafına dəstək göstərməklə universitetin missiyasına töhfə verir.
Şöbənin strukturu aşağıdakı kimidir: