XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

AzTU-da “ISO 27001 Foundations” təlimi keçirilib

2025-05-14
16
Xəbərlər

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının təşkilatçılığı ilə tələbələrə “ISO 27001 Foundations” mövzusunda təlim keçirilib. Təlim informasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbələri Həsən Şahbazov və Səməd Əlifxanov tərəfindən yaradılan startap layihəsi çərçivəsində həyata keçirilib.

Təlimdə İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin fəal tələbələri iştirak ediblər. Təlim tələbələr arasında informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması və onların gələcək peşəkar inkişafına töhfə vermək məqsədilə təşkil edilib. Tələbələr ISO 27001 standartının əsas prinsipləri, informasiya təhlükəsizliyi idarəetmə sistemləri, risklərin qiymətləndirilməsi və idarə olunması mövzularında nəzəri və real həyat nümunələri əsasında praktiki biliklər əldə ediblər. Eyni zamanda, ISO 27001 çərçivəsində daxili və xarici audit prosesləri, onların məqsədləri, mərhələləri və həyata keçirilmə qaydaları da iştirakçılara ətraflı şəkildə təqdim edilib.