İnformasiya və telekommunikasiya texnologiyaları

Kibertəhlükəsizlik kafedrası

Kibertəhlükəsizlik kafedrası Azərbaycan Texniki Universiteti (AzTU) Elmi şurasının 12 iyul 2022-ci il tarixli qərarı ilə yaradılıb.

Kafedrada 1 ixtisas üzrə bakalavr, 5 ixtisas (5 ixtisaslaşma) üzrə magistr, doktorantura səviyyəsində isə 2 ixtisas üzrə fəlsəfə və elmlər doktorlaru hazırlığı həyata keçirilir.

Kafedranın professor-müəllim heyətinin əsasını hazırda kibertəhlükəsizlik sahəsində ölkənin aparıcı dövlət və özəl təşkilatlarında çalışan gənc AzTU məzunları təşkil edir.

Kafedrada “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsilalanların fundamental, nəzəri biliklərlə yanaşı, əmək bazarının tələblərinə uyğun praktiki bacarıq və vərdişlər qazanmaları təmin edilir. İnformasiya təhlükəsizliyi sahəsində ən son yenilikləri, praktiki bilik və bacarıqları mənimsəmələri və kreativ düşüncəyə sahib olmaları məzunların yüksək rəqabətli əmək bazarında ixtisaslarına uyğun iş tapmalarına imkan verəcəkdir.

Kafedranın professor-müəllim heyəti, doktorant və magistrantları tərəfindən informasiya təhlükəsizliyi, tətbiqi kriptoqrafiya və kriptoanaliz, informasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri, süni intellekt metodları, smart sistemlərin təhlükəsizliyi, IoT və sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi, veb təhlükəsizlik, bulud təhlükəsizliyi, sosial şəbəkələrin analizi, biometrik texnologiyalar və s. istiqamətlərdə elmi tədqiqatlar aparılır. Bu işlərə kafedranın bakalavr tələbələri də cəlb edilir.