Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi ölkənin rəqəmsal inkişafında strateji rol oynayan aparıcı tədris mərkəzlərindən biridir.
Fakültədə müasir informasiya texnologiyaları, telekommunikasiya sistemləri və rəqəmsal transformasiya istiqamətlərində yüksək ixtisaslı kadrlar hazırlanır.
Sürətlə dəyişən texnoloji mühitdə ölkənin dayanıqlı inkişafı üçün rəqabətqabiliyyətli, analitik düşüncəyə malik və innovativ mühəndislərin yetişdirilməsi mühüm əhəmiyyət daşıyır.
Tədris və elmi fəaliyyət sənaye tələblərinə uyğun şəkildə qurulur.