İnformasiya və telekommunikasiya texnologiyaları

Radiotexnika və telekommunikasiya kafedrası

Radiotexnika və telekommunikasiya kafedrası ilk olaraq Elektrik rabitəsi adı ilə fəaliyyət göstərib. Kafedra Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda 1964-cü ildə təşkil edilib. Kafedranın yaradılmasında əməyi olan Rəhimov Qurbanhüseyn Abdulrəhim oğlu kafedranın ilk rəhbəri olub. Sonrakı illərdə professorlar Həsənov Alşan Nəriman oğlu, İmamverdiyev Qəzənfər Məmməd oğlu, Mansurov Tofiq Məhəmməd oğlu və İbrahimov Bayram Qənimət oğlu kafedraya rəhbərlik ediblər. Azərbaycan Texniki Universitetinin Elmi şurasının qərarı ilə kafedra 2006-2019-cu illərdə Çoxkanallı telekommunikasiya sistemləri adı ilə fəaliyyət göstərib.

2019-cu ildə Elmi şuranın qərarı ilə Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi kafedrası və  Rabitə şəbəkələri və kommutasiya sistemləri kafedrası birləşərək  Telekommunikasiya və informasiya təhlükəsizliyi adlandırılıb.

Universitetin Radiotexnika  kafedrası 1961-ci ildə keçmiş Аzərbаycаn SSR Nаzirlər Sоvеti rеspublikаdа Rаdiоtехnikа və rаbitə istiqаməti üzrə mühəndis kadrlarının hаzırlаnması hаqqındа хüsusi qərаrı ilə Аzərbаycаn Pоlitехnik İnstitutunun (indiki AzTU) Avtоmаtikа və hеsаblаmа texnikası fаkültəsinin tərkibində Rаdiоtехnikа, rаbitə və sənаyе еlеktrоnikаsı аdı altında yaradılıb. 1962-1997-ci illər ərzində kаfеdrаnın аdı Ümumi və nəzəri rаdiоtехnikа adlandırılıb. Rеspublikаdа rаdiоtехnikа və rаdiorabitə istiqаməti üzrə mühəndis kadrlarına olan tələbatın artması ilə əlaqədar olaraq, 1974-cü ildə Təhsil nazirliyinin qərarı ilə Rаdiоtехnikа kаfеdrаsından Televiziya və radiosistemlər kafedrası, 1990-cı ildə isə Radiotexnika və Televiziya və radiosistemlər kafedralarının tədris və maddi-texniki bazası əsasında Elektrodinamika və radioelektron vasitələri kafedrası yaradılıb. 2019-cu ilin noyabr ayında AzTU-da aparılan struktur dəyişilikləri ilə əlaqədar olaraq Elmi şuranın Qərarı ilə Televiziya və radiosistemlər və Elektrodinamika və radioelektron vasitələri kafedraları birləşdirilərək Radiotexnika kafedrası adlandırılıb.

Elmi şuranın qərarı ilə 15 fevral 2021-ci il tarixində Telekommunikasiya və informasiya təhlükəsizliyi və Radiotexnika kafedraları birləşdirilərək Radiotexnika və telekommunikasiya adlandırılıb.

Tədris prosesində radiotexnika, telekommunikasiya və informasiya təhlükəsizliyi sahəsinə aid elmin və texnikanın son naliyyətlərindən istifadə olunur. Kafedrada lokal kompüter şəbəkəsi yaradılıb, tələbələrin tədris zamanı İnternet şəbəkəsinə çıxışını təmin etmək məqsədilə Wi-Fi şəbəkəsi quraşdırılıb. Kafedranın bazasında müasir texnologiyaların tələblərinə cavab verən tədris laboratoriyaları, tədris olunan fənlərin tədris-metodik vasitələri və onların elektron bazası yaradılıb. Elmi-tədqiqat işlərinin aparılmasında müasir infotelekommunikasiya texnikasından istifadə edilir.