Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




İnformasiya və telekommunikasiya texnologiyaları Radiotexnika və telekommunikasiya kafedrası

Kafedra müdiri

Radiotexnika və telekommunikasiya kafedrasının müdirii
t.e.d., dos. Mehman Hüseyn oğlu Həsənov
Tel: (+99412) 538-87-66
E-poçt: mehman.hasanov@aztu.edu.az

Mehman Hüseyn oğlu Həsənov 1959-cu ildə Ermənistan Respublikası, Krasnoselo rayonu Cil kəndində anadan olub.

1977-1982-ci illərdə Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) bitirdikdən sonra 1982-1985-ci illərdə Moskva şəhərində Kosmik Mərkəzdə işləyib.

1985-1986-cı illərdə Azərbaycan Texniki Universitetində (AzTU) işləyib. 1986-1990-cı illərdə aspiranturada (doktoranturada) təhsil alıb.

1990-cı ildə texnika elmləri namizədi adını alıb və 1990-1997-ci illərdə Elektrik rabitəsi kafedrasında dosent kimi çalışıb.

1997-2004-ci illərdə Bakı Telefon Rabitəsi İstehsalat Birliyində texnika üzrə baş mütəxəssis işləyib.

2004-2016-cı illərdə AzTELEKOM İstehsalat Birliyində informasiya texnologiyaları sahəsi üzrə baş direktor müavini vəzifəsində işləyib.

İstehsalatda işlədiyi müddət ərzində Mehman Həsənov daim elmi işlə məşğul olub və tədrislə yaxından əlaqə saxlayıb, müxtəlif beynəlxalq və respublika konfranslarında elmi məruzələrlə çıxış edib.

2015-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Rabitə ustasıdır. İTU-T-nin sertifikatlarına layiq görülüb.

 İstehsalatda və Azərbaycan Texniki Universitetdə (AzTU) işlədiyi müddətdə beynəlxalq və respublika konfranslarında, beynəlxalq simpoziumlarda çıxış edib, 141-dən çox elmi məqalə, 16 ixtira, 5 monoqrafiya və dərs vəsaitinin müəllifidir.

Beynəlxalq Mühəndislik və Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvüdür. Beynəlxalq simpozium və konfranslarda elmi və praktiki mövzularda çıxışlar edib, çoxsaylı layihələrin iştirakçısı olub.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Bir çox Avropa və Asiya ölkələrində ezamiyyətdə olub.

1990-cı ildə texnika elmləri namizədi alimlik dərəcəsi, 2022-ci ildə 3325.01 - “Telekommunikasiya texnologiyası” ixtisası üzrə müdafiə edib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

Mehman Həsənov 2016-cı ildən Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasında müdir vəzifəsini icra edir.

 

Ailəlidir, 2 övladı var.