![]() |
İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin Şirinov Taleh Voraşil oğlu 26 mart 1963-cü ildə Bərdə şəhərində anadan olub. 1970-1978-ci illərdə Laçın rayonu Haçıxanlı kənd orta məktəbində, 1978-1980-ci illərdə isə Bakı şəhəri 1 saylı Respublika fizika-riyaziyyat təmayüllü orta məktəbdə təhsil alıb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti ) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub və 1986- cı ildə həmin fakültəni riyaziyyatçı ixtisası üzrə bitirib. 1987-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının nəzdindəki İdarəetmə Elmi-tədqiqat laboratoriyasında laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işləyib. 2007-ci ildə Bakı Dövlət Universitetinin ixtisaslaşdırılmış Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 2004-2010-cu illərdə Avtomatika və idarəetmə kafedrasında baş müəllim, 2010-2017-ci illərdə Tətbiqi informatika kafedrasında dosent vəzifəsində işləyib, hazırda Mühəndis riyaziyyatı kafedrasının dosentidir. 2019-cu ildə İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinə dekan seçilib. Müxtəlif mərkəzi jurnallarda və xaricdə dərc olunan 50-dən çox elmi əsərin, o cümlədən 4 dərs vəsaiti, 2 metodik vəsait, 10-dan çox tədris proqramı və metodik işin müəllifidir. Ailəlidir, üç övladı var. |